Tahir Əmiraslanovdan “Çiçi” çığırtmasının resepti

Порций:   Время приготовления:

13442419_1140394062668623_8694140321956210347_nAzərbaycanda ən məşhur və dadlı Çığırtma növlərindən biri də Qubanın Çiçi kəndində bişirilir. "Çiçi" çığırtmasının hazırlanmasında yalnız təmiz yerli ərzaqlar o cümlədən, kənd çolpası istifadə olunur. Reseptlə Sizi tanış edirik.

Lazım olan ərzaqlar:

  • 400-500 qramlıq iki ədəd kənd çolpası
  • 200 qr kərə yağı
  • 250 qr soğan
  • 150 qr pomidor
  • 5 ədəd yumurta
  • 1 x/q un
  • 50 qr şüyüd
  • 50 qr keşniş
  • duz, istiot, sarıkök

Hazırlanma qaydası:

Çolpalar təmizlənib, yuyulduqdan sonra tikələrə bölünür. Xlorsuz saf suya tökülür. Şəhər mühitində isə mağazadan alınmış təmiz  su istifadə etmək lazımdır, ya da kranı 3 saat açıq qoyub, xlorun qoxusunu və dadını itirmək olar. Çolpalar qaynadılıb, üzərinə yığılan kəfi təmizlənir. Duz səpilib, yarıhazır vəziyyətdə ocaqdan götürülür. Digər qazana kərə yağı tökülüb aşağı odda əridilir. Soğanlar qabığından təmizlənib incə-incə doğranır. Duzlu suda yuyulduqdan sonra, biraz qurudulub, yağa əlavə edilir. Diqqətlə soğanın saralmağını gözləyib, qazanın dibinə ət tikələri düzülür. Aşağı odda qızartmağa davam edilir. Pomidorlar qabığından təmizlənib, sürtgəcdən keçirilir, və ya 3 x/q tomat pastası isrifadə olunur. Rəndələnmiş pomidor toyuğun üzərinə tökülüb, qızartmağa davam edilir.Pomidorlar bişdikdən sonra, ətin bulyonu da qazana tökülür. Yemək hazır olana 5-10 dəqiqə qalmış üzərinə duz, istiot və sarıkök səpilir, sonra un əlavə edilib, qarışdırılır. Kənd yumurtaları qırılıb, yeməyin üzərinə tökülür. Yumurtalar da bişdikdən sonra xörəyin üzərinə xırda doğranmış göyərti səpib, süfrəyə vermək olar. Mövsümündə Çığırtma çox vaxt turş heyva dilimləri ilə də hazırlanır. Bunun üçün  heyva dilimlərini bir müddət toyuqla birgə bulyonda bişirmək kifayətdir. Bəzən isə, Çiçi Çığırtması limon suyu ilə birgə süfrəyə verilir.

NUŞ OLSUN!

13442419_1140394062668623_8694140321956210347_n

Mənbə: Tahir Əmiraslanovun “Азербайджанская кухня” kitabı

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий