Tantuni

Порций: 3 nəfərlik   Время приготовления: 40 dəqiqə

tantuniTantuni türkmən mətbəxinə məxsus asan yemək növü sayılır. Lavaş arasında və ya çörəyin içərisinə qoyulub yeyilir. Ümumiyyətlə, bir neçə hazırlanma qaydası var. Bu yemək hətta toxkən belə sizi iştaha gətirəcək.  Odur ki, evdə gigienik şəraitdə Tantuni hazırlayıb, əzizlərinizi sevindirin.

Tantuninin tərkibi:

  • 2 ədəd lavaş
  • yarım çörək
İçlik üçün
  • 150 qr dana əti
  • 2 x/q zeytun yağı
  • 1 x/q kərə yağı
  • 1 x/q bibər kürüsü (salça)
  • 2 x/q tomat
  • duz, istiot
  • 2 baş qırmızı soğan
  • 3 ədəd pomidor
Atlama üçün (istəyə görə hazırlaya bilərsiniz)
  • 500ml qatıq
  • 300ml su
  • duz
  • kiçik ölçülü xiyar
  • bir ovuc zövqə görə göyərti
Soğanın sousu üçün
  • 1 ç/q sumax
  • yarım ç/q duz
  • 1 limonun suyu
 

Tantuninin hazırlanması:

  • Öncə əti bacardıqca xırda ölçüdə doğrayıb, üzərinə 1,5 stəkan su və zeytun yağı əlavə edib, bişiririk. Ət tam bişənə yaxın tomat, bibər kürüsü, duz, istiotu da tökürük. Əslində Tantuni sacda qovrulmalıdır. Sacınız yoxdursa teflon tavaya kərə yağını əlavə edib, əti üzərinə töküb, 5 dəqiqə qovura bilərsiniz (mən belə etdim).  İçlik hazırdır.
  • Soğanları yarımhalqa doğrayıb, üzərinə sumax, duz, limon suyu səpib qarışdırırıq. Bu qarışımdan sonra soğan hədsiz dərəcədə ləzzətli olur və tantuniyə unudulmaz dad qatır.
  • Pomidorları da yarımhalqa formada doğrayırıq.
  • Lavaşarası tantunini şəkildəki kimi doldurub, bükürük. Çörəkiçində tantunini hazırlayarkən isə çörəyin bıçaqla bir tərəfini kəsirik. Tantunini, soğanı, və pomidoru arasına qoyub süfrəyə veririk. 

Əziz kulinarlar, əgər Tantuninin yanında atlama da içmək istəyirsinizsə qatığa su töküb, qarışdırın. İçərisinə xırda doğranmış xiyar, göyərti və duz əlavə edib qarışdırmağa davam edin. Atlama da hazırdır.

Tantunini ailə üzvlərinizin istəyinə görə lavaşarasında və ya çörəyin içində süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN!


soğanpomidorlavaşarasıtantuniçörəkiçində tantuniatlama

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий