Tavada 15 dəqiqəyə hazırlanan pizza

Порций:   Время приготовления:

13453634_902614306551465_1129576741_nƏziz dostlar cəmi 15 dəqiqə zaman sərf edib, tavada bişirəcəyiniz Pizza reseptini təqdim edirik. Artıq nə xəmir acıdıb saatlarla gözləməyə, nə də sobada bişərkən  pizzanın quruyacağından qorxmağa gərək qalmayacaq.

Tərkibi:

  • 1 ədəd yumurta
  • 1 stəkan xama
  • 2 xörək qaşığı duru yağ
  • 1/2 paket qabartma tozu
  • duz
  • 4 stəkan un
Üzəri üçün:
  • ketçup,
  • rəndələnmiş holland pendiri
  •  zeytun,
  • yaşıl və qırmızı bibər,
  • pomidor,
  • kolbasa,

Hazırlanması:

Bir qabda yumurta, xama, duru yağ, qabartma tozu və duzu qarışdırın. Un əlavə edib, xəmir yoğurun. Xəmiri yüngül yağladığınız teflon tavanın içində əllə basdıraraq yayın. Üzərinə ayrı bir qabda hazırladığınız bitki yağı və çox az su ilə açdığınız ketçup gəzdirin. Sonra izzanın üzərinə doğranmış ərzaqları döşəyin. Tavanın qapağını bağlayıb, oncə gur odda, sonra zəif odda bişirin. Bişən pizzanızın üzərinə bir ovuc rəndələnmiş holland pendiri səpib, yenidən tavanın qapağını bağlayın. Pendirlər yüngül əridikdən sonra ocağın altını söndürün.

Pizzanızı dilimləyib, süfrəyə verin.

Nuş olsun!


13459771_902614283218134_1441329819_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий