Tavada bişən dadlı Qurabiyə

Порций:   Время приготовления: 1,5 saat

1464552030__gw7ajku8q8İsti yay günlərində xüsusilə bağ evinə köçənlər üçün əvəzsiz şirniyyat reseptini təqdim edirik. Əlinizin altında soba yoxdursa, tavada bişən Qurabiyəni hazırlayıb,  bağ mövsümünüzü daha da yaddaqalan edin.

Lazım olan ərzaqlar:

  • 120 qram kərə yağı
  • 250 qr un
  • 100 qram şəkər tozu
  • 1 ədəd yumurta
  • 1 ç/q qabartma tozu
  • yarım ç/q darçın
  • 1 x/q süd
  • yarım stəkan kişmiş
  • qızartmaq üçün bitki yağı

Hazırlanması:

Dəzgahın üzərinə un ələyin. Şəkər tozu və qabartma tozunu da üzərinə səpin. Kərə yağını da əlavə edib, əlinizlə umac hazırlayın. Üzərinə yumurta, süd və kişmişi də töküb yoğurun. Xəmiri sellofana büküb, soyducuya qoyun. Yarım saatdan sonra, xəmiri soyuducudan çıxardıb, kündələr hazırlayın. Hər bir kündəni oxlovla yayıb, stəkanın ağzı və ya xüsusi formaların köməyi ilə kəsin. Qurabiyələri orta odda yağlanmış tavada ikiüzlü qızardın. Qurabiyələri soyudub, 1 üzünü darçın və şəkər tozu qarışımına da bulaya bilərsiniz.

NUŞ OLSUN!
1464552030__gw7ajku8q8
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий