Tavada bişən ləzzətli tort

Порций: 8 -10   Время приготовления: 60 dəq

12992086_863138090499087_520784735_nHeç tavada tort bişirmisiniz? Əgər bişirməmisinizsə təqdim etdiyimiz resepti mütləq sınayın. Əmin olun ki, nəticədən razı qalacaqsınız.

Tərkibi:

 Biskvit üçün:
  • 1 stəkan şəkər tozu
  • 2,5 stəkan un
  • 1/2 çay qaşığı soda
  • 1 stəkan qatıq
  • 50 qram kərə yağı
Krem üçün:
  • 1 stəkan şəkər tozu
  • 2 xörək qaşığı un
  • 100 qram kərə yağı
  • 700 qram süd
  • 2 ədəd yumurta
  • vanil zövqə görə

Hazırlanması:

 Bir qaba 1 stəkan şəkər tozu, 0,5 çay qaşığı soda,1 stəkan qatıq ,50 qram yumuşaldılmış kərə yağı və 2,5 stəkan un tökülüb xəmir yoğrulur. Xəmir 9 hissəyə bölünüb oxlovla açılır. Açılan yuxaları quru tavada 2 tərəfi qızaranadək bişirin.

Krem üçün 700 qram südü qaynadın. Bir qabda yumurtaları şəkər tozuyla çalın, unu əlavə edib yenə çalın. Qaynayan südə yumurtalı qarışığı töküb qatılaşanadək bişirin. Bişən kremə kərə yağı və vanil əlavə edib qarışdırın və soyumağa qoyun. Bişmiş yuxaların hər qatını kremləyib üst-üstə qoyun. Hazır olan tortun üstünü xırdalanmış peçenye ilə bəzəyib 24 saatlıq kənarda saxlayın. Dilimləyib, süfrəyə verin.

NUŞ OLSUN!
12992086_863138090499087_520784735_n
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий