Tavada kəsmikli tort

Порций:   Время приготовления:

imageTavada hazırlanan növbəti şirniyyat reseptimiz "Tavada kəsmikli tort"

Tərkibi:

  • 1 ədəd yumurta
  • 200 qr kəsmik
  • 1 stəkan şəkər tozu
  • 1 çimdik vanil
  • 300 qr un
  • 1 çay qaşığl söndürülmüş soda
  • 300 qr un
Kremi üçün:
  • 500 ml süd
  • 1 yumurta
  • 1 stəkan şəkər tozu
  • 3 xörək qaşığı un
  • vanil
  • 150 qr kərə yağı
  • 150 qr qoz

Hazırlanması:

Krem üçün yumurtanı şəkər tozu və unla qarışdırıb, vanil və süd əlavə edib çırpıcı ilə çırpın. Zəif odda qarışdıraraq qatılaşanadək bişirib, soyudun. Kəsmiyi şəkər tozuyla qarışdırın. Üzərinə yumurta, vanil, soda və yavaş-yavaş un əlavə edib xəmiri hazırlayın. Xəmiri 6-8 hissəyə bölüb tava böyüklüyündə açırıq.Çəngəllə xəmirin üzərində dəliklər açırıq. Quru tavada 2 tərəfli qızaranadək bişiririk. Kərə yağını mikserlə çırpıb, yavaş-yavaş bişmiş kremi əlavə edirik. Korjları kremləyib, aralarına zövqə görə qoz səpirik. Üstünü korjların kənarlarından qalan qırıntılarla, qozla və ya rəndələnmiş şokoladla bəzəmək olar. 6 saat kənarda gözlətdukdən sonra ləzzətli tortumuzu çay süfrəsinə vermək olar.

NUŞ OLSUN!


image

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий