Tənbəllər üçün Ballı tort resepti

Порций:   Время приготовления:

Bu resept o qədər sadədir ki, sevimli serialınıza baxarkən belə, reklam fasiləsində xəmiri asanlıqla hazırlayıb, soyuducuya qoya bilərsiniz. Ertəsi gün isə oxlovdan istifadə etmədən perqament kağızın üzərinə yayaraq, bişirin.balli_tort

Tərkibi:

  • 3 ədəd yumurta
  • 100 qr kərə yağı
  • 100 qr şəkər tozu
  • 1 stəkan bal
  • 1 ç/q soda
  • 2,5 stəkan un

Hazırlanma qaydası:

Undan başqa bütün ərzaqları qarışdırıb, su hamamında əridin.Kütlə əridikdən sonra (təxmini 5 dəqiqə) su hamamından götürüb, unu əlavə edin. Qarışdırıb,ağzıbağlı qabda soyuducuya qoyun. Ertəsi günü xəmiri götürüb, perqament kağızın üzərinə 2-3 xörək qaşığı tökün.  Qaşıqla eni təxmini 5 mm olan dairə yayın. Soba sinisinə qoyub, 180 dərəcədə rəngi tündləşənədək bişirin. Bütün korjlar eyni qaydada bişdikdən sonra, saytımızdan zövqünüzə uyğun krem resepti seçib hazırlayın:

Ən dadlı krem reseptləri

Vozdushniy krem hazırlanması

5 dəqiqəyə hazırlanan krem

Kremi qatların arasına sürtüb, üst-üstə qoyun. Bir neçə saat gözlədib, süfrəyə verin.

Nuş olsun! 

balli_tort

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий