Tərəvəz piroqu

Порций:   Время приготовления:

terevez_piroquDadı və görünüşü ilə hər kəsi özünə heyran edəcək Tərəvəz piroqu reseptimizlə tanış olun.

Ərzaqlar:

  • 2 ədəd kabak ( 1 ədəd tünd, digəri açıq rəngli)
  • 3 ədəd yerkökü
  • 50 qr un
  • 4 xörək qaşığı soyuq su
  • 3 ədəd yumurta
  • 150 qr bərk pendir
  • 300 ml süd
  • duz zövqə görə
  • 1 xörək qaşığı bitki yağı
  • 2 diş sarımsaq

Hazırlanması:

Kabakları və yerkökünü incə laylarla qabıqlı doğrayın.Tərəvəzləri kənarlardan başlayaraq sıra ilə kabakları və yerkökünü dairəvi soba sinisinə düzün. İçliyi hazırlamaq üçün yumurtanı tel çırpıcıyla çırpın, üzərinə süd, su, yağ və un əlavə edib yenidən çalın. Daha sonra xırdalanmış sarımsaq və zövqə görə duz töküb qarışdırın. Tərəvəzlərin üzərinə içliyi töküb üstündən rəndənin xırda gözündən keçirilmiş pendir tökün. Sinini səliqə ilə masanın üstünə vurun (xəmirin yayılmasına, tərəvəzlərin arasına yerləşməsinə görə).180 dərəcə qızdırılmış sobada 60-70 dəqiqə bişirin.
Nuş olsun!
 
terevez_piroquterevez_piroqu1
 
 
 
 
 
 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий