Tərəvəz qızartması

Порций:   Время приготовления: 2 saat

badımcan, pomidorArtıq kalorili, ağır qış xörəklərini gündəlik menyumuzdan çıxarmaq vaxtıdır. Əgər hələ də, nə bişirəcəyinizə qərar verməmisinizsə, Tərəvəz qızartması reseptini sınayın.

Yeməyin tərkibi:

  • 4 ədəd badımcan
  • 300 qr göbələk
  • 3 ədəd pomidor
  • qızarmaq üçün birki yağı
  • duz, istiot

Hazırlanma qaydası:

1 Öncə badımcanları soyub, uzun-uzun doğrayın. Üzərinə duz səpib yarım saat gözləyin. Acı suyunu çıxardıqdan sonra yuyub, yüngül sıxıb, isinmiş tavada bbol yağda qızardın. Hazır badımcanları, təmiz quru salfetin üzərinə düzüb, yağın hopmasını təmin edə bilərsiniz. 

2 Göbələkləri qabığından ayırıb, yaxşıca yuyun. Duzlu suda 10 dəqiqə ərzində bişirin. Daha sonra üzərinə biraz duz və istiot səpib, yağda təxminən 5 dəqiqə ərzində qızardın.

3 Pomidorları da ortadan kəsib, hər iki üzünü qızardın. Lakin əsla bir tərəvəzi digərinin yağında qızartmayın. Çünki, bu sağlamlığınıza zərərdir.

NUŞ OLSUN!


badımcan, pomidor

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий