Tez hazırlanan Kirpi tortu

Порций:   Время приготовления:

Tez, asan və soba olmadan da hazırlanan tort!

kirpi_tortu

 

Ərzaqlar:

Korj üçün:
  • 3 stəkan un
  • 1 banka qatılaşdırılmış süd
  • 1 yumurta
  • 1 çay qaşığı soda(sirkədə söndürülmüş)
Krem üçün:
  • 750 qr süd
  • 200 qr kərə yağı
  • 1,5 stəkan şəkər tozu
  • 2 yumurta
  • 3-4 xörək qaşığı un
  • 1 paket vanil

Hazırlanması:

 Korjları hazırlamaq üçün un, qatılaşdırılmış süd, yumurta və sodanı qarışdırıb xəmir yoğurun.Yoğurduğunuz xəmiri 8 kündəyə bölün. Kündələri tava böyüklüyündə yayın və tavada 2 tərəfli bişirin(tez çevirin,çünki tez bişir). Krem üçün süd, şəkər tozu, un, vanil və yumurtanı qarışdıraraq zəif odda qatılaşanadək bişirin. İsti kremə kərə yağı töküb yaxşıca qarışdırın. Korjlara bir-bir isti krem yaxın, ən üstdəki korju da kremləyib kənarlarına da krem yaxın. Kənarlarından çıxan qırıntıqlarla tortu bəzəyin.

kirpi1

Zövqə görə üzərinə kakao və şəkər kirşanı da səpə bilərsiniz. Tortu soyuducuya bir neçə saat saxlayıb, süfrəyə verin.

kirpi_tortu

Nuş olsun!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий