Tez hazırlanan lavaş ruleti

Порций: 3 ədəd   Время приготовления: 20 dəqiqə

Qəfil qonağınız gəlir? Təlaşlanmayın. Mətbəxinizdə hər zaman tapılan ərzaqlardan dadından doymayacağınız lavaş ruleti hazırlayın. 

lavash

Tərkibi:

  • 3 ədəd nazik lavaş
  • 200 qr toyuq filesi (dana əti də olar)
  • 100 qr
  • 2 ədəd pomidor
  • 1 ədəd bolqar bibəri
  • 1 ovuc doğranmış göyərti ( soyuducuda olan göylərdən)
  • 2 xörək qaşığı xama və ya mayonez
  • 1 xörək qaşığı tomat
  • duz, istiot və zövqə görə digər ədviyyatlar
 

Hazırlanması:

 Lavaşların bir üzünə xamа və ya mayonezlə tomat çəkin. Üzərinə pendir rəndələyin. Sonra duzlu suda bişirilib, didilmiş toyuq əti səpin. Pomidorları və bolqar bibərini də nazik uzunsov doğrayıb, ətin üzərinə səpin.  Xırda doğranmış göyərtini də tökün. Layların arasına zövqə görə duz və istiot eləcə də, digər ədviyyat vura bilərsiniz. Lavaşı rulet formasında bükün.Üzərinə xama və ya mayonez çəkin.lav

Üzəri qızaranadək sobada bişirin. İçərisindəki ərzaqların vəhdəti, xüsusən də ərimiş pendir, ruletinizə unudulmaz dad qatacaq.

lavash

NUŞ OLSUN!

 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий