“Tiffani” bayram salatı

Порций:   Время приготовления:

Bayrama hazırlamaq üçün "Tiffani" adlı möhtəşəm salat resepti təqdim edirik.

tif

Tərkibi:

  • 250 qr toyuğun döş əti
  • 4 ədəd bişmiş yumurta
  • 150 qr holland pendiri
  • yarım stəkan qoz ləpəsi
  • 1 salxım ağ üzüm
  • mayonez
  • 1 dəstə cəfəri
  • duz
  • 1 ç/q karri ədviyyatı
  • bitki yağı

Tərkibi:

Toyuq ətini bir neçə hissəyə kəsib, hər tərəfinə karri sürtün. Tavaya yağ töküb, tikələri bişirin. Belə ki, öncə orta odda tikələri yağda azca qızartdıqdan sonra, qapağını örtüb, tam bişməyini gözləyin.  Bişmiş tikələrin üzərinə quru salfet qoyub, yağını hopdurun. Əti xırda -xırda doğrayıb, salatı hazırlayacağınız qabın dibinə düzün.  Duz səpib, mayonezlədikdən sonra , ikinci lay xırda doğranmış qoz ləpəsi və rəndələnmiş pendir döşəyin. Yenidən mayonezləyin. Üzərinə xırda doğranmış cəfəri və rəndənin iri gözündən keçirilmiş yumurta səpin. Yenidən mayonezləyib, ortadan bölünmüş üzüm dənələrini salatın hər tərəfinə düzün. Slatın kənarlarını kahı yarpaqları ilə bəzəyin. Bu salatın dadını bütün qonaqlarınız sevəcək.

NUŞ OLSUN! 

Yeni iliniz mübarək!

tif

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий