“Tiramisu” tortu

Порций:   Время приготовления:
 Tiramisu desertindən qat-qat ləzzətli eyni adlı tort
 tiramisu
 
   

Tərkibi:

 Biskvit üçün:
  • 4 yumurta
  • 100 qr şəkər tozu
  • 100 qr un
  • 25 qr nişasta
  • 25 qr kərə yağı( əridilmiş və otaq temperaturunda soyudulmuş)
İçlik üçün:
  • 100 qr tünd şokolad
  • 400 ml yağlı qaymaq (30% )
  • 50 qr maskarpone pendiri
  • 75 qr şəkər kirşanı
Araları üçün:
  • 150 ml qəhvə
  • 120 ml likor( zövqə görə)
Üzərinə səpmək üçün:
  • kakao

Hazırlanması:

 Öncə nişasta və unu birlikdə ələyin. Yumurtaları şəkər tozu ilə eyni kütlə olanadək mikserlə çırpın. Ehtyyatla un və yumurta qarışığını qarışdırın. Yağ əlavə edib yenidən qarışdırın. Diametri 20-21 sm olan soba sinisini yağlayın, xəmiri töküb 180 dərəcə qızdırılmış sobada təxminən 25 dəqiqə bişirin. Bişmiş korju tamamilə soyudub 3 hissəyə ayırın. Şokoladı rəndənin böyük gözündə rəndələyin. Aralarını islatmaq üçün likor(istəyə görə) və suda həll edilmiş qəhvəni qarışdırın. Maskarponeni şəkər kirşanın yarısı ilə eynikütləli olanadək taxta qaşıqla qarışdırın .Qaymağı qalan şəkər kirşanı ilə mikserlə çırpın və ehtiyyatla maskarponeli kütləyə əlavə edin. Sininin kənarına yağlı kağız sərib, ilk korju yerləşdirib, qəhvəli qarışıqla isladın.

tiramisu2

Krem yaxıb rəndələnmiş şokolad səpin.

tiramisu4

2 ci korju da eynilə sıralayın, korj, qəhvə, krem və şokolad. 3 cü korju da qoyub, 1-2 saatlıq soyuducuya qoyun. Vaxt dolanda soyuducudan çıxardıb, yağlı kağızı çıxarın. Qalan kremi tortun üzərinə və kənarlarına yaxın. Kənarlarını şokolad rəndəsiylə bəzəyin.Üzərinə ələkdən keçirilmiş kakao səpin.

tiramisu

Yenidən 2 saat soyuducuda saxlayın və süfrəyə verin.

tiramisu1

Nuş olsun!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий