Tiramisu

Порций: 6 nəfərlik   Время приготовления: 30 dəqiqə

TİRAMISUİtaliya mətbəxinin ən məşhur və olduqca asan desserti sayılan tiramisu reseptini təqdim edirik. Odur ki, artıq bu şirniyyatı restoran və kafelərdə yox, evdə hazırlayıb, yeyə biləcəksiniz.

Tiramısu hazırlamaq üçün lazım olan ərzaqlar:

  • 3 ədəd yumurta
  • 100 qr şəkər tozu
  • 200 qr maskarpone pendiri ( yağsız qaymaq)
  • 20 ədəd savoyardi ( tiramisu peçenyesi)
  • kakao və qəhvə

Hazırlanma qaydası:

Tiramısunun əsas atributları maskarpone pendiri və savoyardidir. Bu ərzaqlar artıq bütün mağazalarda satışdadır. Əgər maskarpone pendiri tapmasanız, uzun illər hamimizin iran qaymağı kimi tanıdığımız qaymaqdan istifadə edə bilərsiniz. Keçək hazırlanma qaydasına:

Mascarpone

 Öncə yumurtaların ağını sarısından ayırın. Yumurtaların ağını mikserlə 15 dəqiqə çalın. Qarışım beze halına gəlməlidir və qabı əyəndə tökülməməlidir.  

Beze

Sonra yumurtanın sarısı ilə şəkər tozunu mikserlə qarışdırın.

Yumurta Sarisi

Şəkər tozu tam əriyəndən sonra üzərinə maskarpone pendirini əlavə edib, qarışdırın. Daha sonra bezeni də qaşıq-qaşıq kremə tökün. Krem hazırdır.

Krem 2

 1 x/q qəhvəni 1 stəkan suda həll etdikdən sonra kasaya tökün. Savoyardiləri bu sousa batırıb, tiramisunu hazırlayacağınız qabın dibinə düzün.

Savoyardi

Üzərinə krem sürtün. Bu prossesi yenidən təkrarlayın ki, tort 2 qat olsun.

 Kremin üzərinə ələklə kakao səpin. Kakao keyfiyyətli olmalıdır ki, tiramisu yeyilərkən dadı acı olmasın.

Tiramisu 2

Bir müddət soyuducuda saxladıqdan sonra tiramısunu süfrəyə vermək olar. NUŞ OLSUN!

tiramisu


Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий