Tomat sousunun hazırlanması

Порций:   Время приготовления:

tomat_sousu1Ev şəraitində ləzzətli tomat sousu hazırlayıb, ilboyu istifadə edin.

Lazım olan ərzaqlar

  • 1 kq pomidor
  • 3 ədəd alma
  • 2 ədəd yerkökü
  • 1 ç/q duz
  • 1 x/q şəkər tozu
  • 2 x/q sirkə
  • 2 diş sarımsaq
  • 5-6 çimdik istiot
 

Hazırlanması:

Pomidorları, yerkökünü, qabığı soyulmuş almaları ətçəkən maşından keçirib, üzərinə duz, şəkər tozu və sirkə səpirik.

Aşağı odda bişməyə qoyuruq. Qaynadıqdan 20 dəqiqə sonra, istiot və əzilmiş sarımsaq da əlavə edib, qarışdırırıq. Sousu ocaqdan götürüb, təmiz bankalara tökürük.

Böyük bir qazanın dibinə dəsmal sərib, yarıyadək su əlavə edirik. Su qaynayanda bankaları qazana qoyub, 15 dəqiqə qaynadırıq. Lakin qazandakı su sousa toxunmamalıdır.  

Qapaqbağlayan alətlə birdəfəlik qapaqları bankaların ağzına qoyub, möhkəm bağlayırıq. Bankaları 12 saat tərsinə çevirib, gözlədirik. Sonra istədiyimiz qədər sərin və qaranıq yerdə saxlayırıq.

NUŞ OLSUN!


tomat_sousu

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий