Toyuq ləvəngisi

Порций:   Время приготовления:

Azərbaycanın  cənub bölgəsinin ən sevdiyim yeməklərindən biri də ləvəngidir. Ləvəngi balıqla, badimcanla da hazırlanır. Bizsə bugün toyuq ləvəngisi bişirəcəyik. Mənə elə gəlir ki, toyuq ləvəngisini sevmək üçün mütləq azərbaycanlı olmalısan. Çünki bir çox avropalı hətta türk dostlarım turş olduğu üçün ləvəngi yeməkdən boyun qaçırıblar. Bəlkə də mənim rastıma çıxıb belələləri. Təbii ki, bu zövq məsələsidir. Əsas odur ki, toyuq ləvəngisi bizim ailənin sevimli yemeyidir.

Bizə lazım olacaq ərzaqlar

  • 2 ədəd balaca toyuq
  • 200qr palçıq turşu
  • 4 ədəd soğan
  • 150qr qoz

Hazırlama prosesi

Əvvəlcə toyuqları təmizləyib, yaxşıca yuyuruq və bir kənara qoyuruq. Ləvəngini hazırlamağa başlayırıq. Soğanların qabığını təmizləyib, ət maşınından keçiririk. Cunanın içərisinə töküb suyunu sıxırıq. Qoz ləpələrini sürtgəcdən keçirib toz halına gətiririk. Bunları palçıq turşu ilə qarışdırıb zovqə görə duz və bibər əlavə edirik. Ləvəngimiz hazırdır.

Qaşıqla ləvəngini toyuqların içinə doldurub toyuğu iynə- sapla tikirik. Evinizdə kiçik yaşlı uşaqlar varsa işiniz bitər- bitməz iynəni gizlədin. Toyuqları sobada 240 dərəcədə 60 dəqiqə bişirin. Toyuq ləvəngisini plovla, kartof qizartması və digər qarnirlərlə süfrəyə verə bilərsiniz. Nuş olsun!

toyuq levengisi levengi 20151115_115511_resized levengi toyuq

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий