Toyuq, kartof və göbələk qızartması

Порций: 4 nəfərlik   Время приготовления: 1 saat

toyuq, kartof və göbələk qızartması Bəzən deyirlər ki, əsil evdar xanım səhər oyanar-oyanmaz günortaya nahar hazırlamalıdır. Əgər sizin buna vaxtınız yoxdursa və təcili xörək bişirməlisinizsə təqdim edəcəyim toyuq, kartof və göbələk qızartması hazırlayın. Tez və asan olduğu qədər də ləzzətli alınacaq. 

Bunun üçün lazım olan ərzaqlar:

  • 1 toyuq
  • 5 ədəd kartof
  • 400 qr göbələk
  • 3 x/q palçıq turşu
  • 100 qr rəndələnmiş holland pendiri
  • duz, istiot

Öncə toyuğu dərisindən ayırıb ( toyuğun dərisi xolesterol, xərçəng kimi xəstəliklərə yol açır, bu səbəbdən toyuq bişirərkən dərisindən ayırmaq lazımdır), orta ölçülü hissələrə doğrayırıq. Duz, istiot, tursu ilə yaxşıca qarışdırıb qazana düzürük. Üzərinə birazca su və yağ əlavə edib, orta odda bişiririk. Suyu çəkiləndən sonra hər iki tərəfini qızardırıq. Kartofları təmizləyib, nazik formada doğrayırıq. Artıq tavada qızdırılmış yağda qızardırıq. Göbələkləri saplağından ayırıb, qabığını soyuruq. 10 dəqiqə ərzində suda qaynadırıq. daha sonra suyunu süzüb, içərisinə duz, istiot və rəndələnmiş pendiri əlavə edirik. Pendir əriyənədək sobada bişiririk. Yeməyimiz hazırdır. Nuş olsun!

Метки записи: , ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий