Toyuq salatı

Порций: 6 nəfərlik   Время приготовления: 2 saat

Toyuq salatıƏziz kulinarlar, ən tez başagələn toyuq salatı reseptini sizinlə bölüşmək istəyirik. Bu salatın tərkibindəki tərəvəzlərin çoxu çiy halda olduğu üçün həm də çox faydalıdır.

Lazım olan ərzaqlar:

  • 3 ədəd yerkökü
  • 3 ədəd turşu xiyar
  • 2 ədəd xiyar
  • 1 ədəd sarı, 1 ədəd qırmızı, 1 ədəd yaşıl bibər
  • 1 toyuğun döş əti
  • duz, istiot
  • mayonez

Toyuğun döş ətini duz əlavə edilmiş suda bişiririk.  Əti didib, salatı hazırlayacağımız qaba əlavə edirik. Yerkökünü də bişirib, qabığını soyub, uzunsov və nazik doğrayırıq. Kökü tam bişirməyə ehtiyac yoxdur, əks halda salatı mayonezlə qarışdıran zaman qırıla və əzilə bilər. Eyni qaydada xiyar, turşu xiyar və bibərləri də doğrayıb, salata əlavə edirik. Duz, istiot və mayonezləyib, qarışdırıq. Yarım saat soyuducuda saxlayıb süfrəyə verə bilərsiniz. Bu qədər asan və tez... NUŞ OLSUN!

Toyuq salatı

Метки записи: ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий