Toyuqdan hazırlanan 2 dadlı resept

Порций:   Время приготовления:
  
 toyuqdan_dadli_reseptlerDadlı və fərqlı toyuq xörəkləri reseptləri ilə tanış olun.

Ərzaqlar

Toyuq filesindən oladi
  • 150 qr qaynadılmış toyuq filesi
  • 8 xörək qaşığı toyuq bulyonu
  • 1 yumurta
  • 1-2 diş sarımsaq
  • 1 baş soğan
  • istiot, xmeli-suneli, duz
Qızardılmış qatıqlı,göbələkli toyuq filesi
  • 500 qr toyuq filesi
  • 250 qr şampinyon göbələyi
  • 1 stəkan qatıq
  • 1 ədəd soğan
  • 1 xörək qaşığı zeytun yağı
  • duz, istiot

Hazırlanması:

Toyuq filesindən oladi

Soğan və sarımsağı qabığından ayırıb, bir neçə hissəyə bölün. Bişmiş əti də, doğrayın. Üzərinə bulyon, yumurta, ədviyyatları da əlavə edib, bütün ərzaqları birgə blenderlə qarışdırın. Oladi forması verib,  yağlı tavada ikitərəfli qızardın.

toyuqlu_olladi

Qızardılmış qatıqlı, göbələkli toyuq filesi

Göbələk və soğan halqavari doğranır, tavada az yağda qızardılır. Toyuq filesi nazik doğranıb, duz və istiotlanır. Şüşə soba qabının dibinə düzülür. Üzərinə qızardılmış göbələk və soğan tökülüb,  1-2 xörək qaşığı su və qatıq da əlavə edilir. 170 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirilır.

TOYUQ

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий