Toyuqlu çuğundur salatı

Порций: 6 NƏFƏRLİK   Время приготовления: 2 SAAT

ÇUĞUNDUR SALATIYəqin ki, sadə çuğundur salatını tanımayan yoxdur. Bu salata xüsusi ləzzət qatmaq istəyirsinizsə, "Toyuqlu çuğundur salatı" reseptini sınayın.

Salatın tərkibi:

  • 5 ədəd orta ölçülü çuğundur
  • 70 qr qoz ləpəsi
  • 150 qr toyuğun döş əti
  • 2 diş sarmısaq
  • duz, istiot
  • mayonez

Hazırlanma qaydası:

Hazırda marketlərdə təmizlənmiş və bişirilmiş çuğundur satılır, mən ondan istifadə etdim. Keyfiyyətinə əmin olduğunuz ticarət nişanı varsa, alıb, vaxtınıza qənaət edə bilərsiniz.  Yaxud çuğunduru suda bişirib, qabığını təmizləyib salat üçün hazır vəziyyətə gətirmək olar. 

Bişmiş çuğunduru sürtgəcdən keçirib, üzərinə sarmısaqəzənlə xırdalanmış sarmısağı əlavə edirik. Duzlu suda bişirilmiş toyuğun sinə ətini də didib, salata tökürük. Üzərinə xırda doğranmış qoz, duz, istiot və mayonez də əlavə edib, qarışdırırıq. Bir saat soyuducuda saxladıqdan sonra, süfrəyə veririk.

NUŞ OLSUN!


ÇUĞUNDUR SALATI

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий