Truffle

Порций:   Время приготовления:

truffleTruffle qonaqlarınız və sevdikləriniz üçün hazırlayaca biləcəyiniz asan şirniyyat növüdür. Asan olmağı ilə yanaşı ləzzəti ilə də dadı damağınızdan getməyəcək.

Lazım olan ərzaqlar:

  • 150 qr peçenye(Petit Beurre,Yubileynoye və s.)
  • 2 xörək qaşığı şəkər tozu
  • 2 xörək qaşığı kakao
  • 2 xörək qaşığı kərə yağı
  • 1 çay qaşığı vanil
Üzəri üçün :
  • kokos qoz ovuntusu kakao və s.

Öncə peçenyələri əlimizlə ovuntu halına gətiririk.Mətbəx robotunuz varsa onunla da xırdalaya bilərsiniz.Peçenyələri dərin bir qaba boşaldın.Ayrı bir qabda yağı, şəkər tozunu və kakaonu qarışdırın,üzərinə yağ töküb orta istilikdə, yağ əriyib digərlərinə tam qarışanadək qızdırın. Bu qarışığı ovuntu halına gətirdiyimiz peçenyələrin üzərinə əlavə edib bir-birilə tam həll olunanadək qarışdırın və bərkiyənə kimi soyuducuda saxlayın. Bərkiyən kütlədən qoz böyüklüyündə götürüb əlinizdə truffle formasında düzəldin. Formaya saldığınız trufflləri kokosa, zövqə görə qoza və ya fındıq ovuntusuna,kakaoya hərtərəfli bulayın.Truffllarımız hazırdır.

Nuş olsun!


truffletruffle

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий