Türk Paxlavası

Порций: 1 sini   Время приготовления: 4 saat

Turk PaxlavaTürk mətbəxinin ən zəhmətli və ləzzətli şirniyyatlardan biri də paxlavadır. 

Ərzaqlar:

Xəmir üçün:
  • 2 ədəd yumurta
  • 1 stəkan süd
  • 150 qr. yağ
  • 20 qr maya
  • Un apardığı qədər
Yuxaları yaymaq üçün
  • qarğıdalı nişastası
İçlik üçün:
  • 300 qr. qoz
Yağlamaq üçün:
  • 600 qr. əridilmiş yağ
Şərbət üçün:
  • 1 st. şəkər tozu
  • 1 stəkan su
  • bir neçə damcı limon suyu

Hazırlanması:

Öncə süd, yumurta, yağ, maya bir qabda qarışdırın. Yavaş-yavaş un əlavə edərək, xəmiri hazırlayın və acımağa qoyun. Xəmir hazır olduqdan sonra kündələri (qozdan bir az böyük) hazırlayın. 7 kündə götürüb, oxlavla balaca açın. Aralarına çoxlu nişasta səpib, üst-üstə qoyun. Oxlov vasitəsilə üst-üstə yığdığınız yuxaları açın.Soba sinisini yağlayıb, açdığınız yuxaları bir-bir siniyə düzüb, aralarını yağlayın. Sonra üzərinə çəkilmiş qoz töküb, yenə 7 kündəni eyni qaydada açıb,üzərinə düzün. Kvadrat şəklində doğrayıb,sobada bişirin. Bu müddətdə şərbəti hazırlayın. Şərbəti bişirmək üçün su, şəkər tozu və limon suyunu 5 dəqiqə qaynadıb soyudun. Paxlavalar bişənə yaxın, üzərinə hazırladığınız şərbəti əlavə edib, 8 dəqiqə sobada saxlayıb götürə bilərsiniz. Ləzzətli türk paxlavalarınız artıq hazırdır.

NUŞ OLSUN!


 Turk Paxlava2

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий