Türk qəhvəsinin hazırlanma qaydası

Порций: 1 finncan   Время приготовления: 15 dəqiqə

turk-kahvesi1Qədim tarixi olan Türk qəhvəsinin bişirilmə qaydası ilə tanış olun.

Tərkibi:

  • 1 fincan su
  • 1 ç/q qəhvə
  • 1 ç/q  şəkər tozu

Hazırlanma qaydası:

1. Suyu ya qəhvədana ya da sadəcə mis qaba tökün. Suyun soyuq və keyfiyyətli olması qəhvənin dadlına müsbət təsir edir. Əks halda qəhvənin dadı ürəyinizcə olmayacaq.

2. Üzərinə şəkər tozunu və ya iki ədəd qənd də əlavə edin.

3. Qəhvəni də əlavə edib,  yavaşca qarışdırın.

4. Qəhvəni aşağı odda isitməyə başlayın. Diqqətli olun. Çünki qəhvə bir anda köpüb daşa bilər.

5. Qəhvə köpəndə üzərindəki köpükləri alıb fincalara tökün. 3 dəfə qəhvəni köpürdüb bu prossesi təkrarlayın. Sonda qəhvəni fincana boşaldıb, süfrəyə verin.

Qəhvəni tam olaraq qaynatmayın. Çox acı ola bilər.

Türk qəhvəsinin yanında su verilməsi adətdir. Su qəhvədən əvvəl içilir ki, ağızdakı  dadlar silinsin və qəhvəni dadı anlaşılsın.

İçib bitirdikdən sonra, fincanın ağzını nəlbəkiylə örtüb bir dəfə fırladin. Fincanın divarlarında yaranmış təsvirlərlə falınıza baxa bilərsiniz. 

NUŞ OLSUN!


 turk-kahvesi1

Метки записи: ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий