“Twix” şokoladı dadında tort

Порций:   Время приготовления:

Tviks şokoladının dadından seçilməyən tort hazırlayaq.

 

Tərkibi:

  • 400 qr kərə yağı
  • 2 stəkan un
  • yarım stəkan şəkərtozu
  • 2 qab qatılaşdırılmış süd
  • 300 qr südlü şokolad

Hazırlanması:

Öncə yağın 350 qr kub şəkilində doğrayırıq (yerdə qalan 50 qr isə karameli hazırlamaq üçün kənara qoyuruq). Yağın üzərinə un, şəkər tozu tökürük. Blenderlə kütləni qarışdırırıq. Hazırladığımız xəmiri yağlı kağız sərilmiş soba sinisinə töküb,  hamarlayırıq.  180 dərəcə isidilmiş sobada 20 dəqiqə bişiririk. Bu müddətdə karameli hazırlayırıq. Bunun üçün 50 qr yağın üzərinə 2 qab qatılaşdırılmışsüd boşaldırıq. Aşağı odda rəngi tündləşib, karamelləşənədək bişiririk. Bu kütlənin tam hazır olması üçün 20 dəqiqə kifayət edir. Bişmiş və tam soyumuş korjun üzərinə karameli töküb, hamarlayırıq. Sonra isə, südlü şokoladı (zövqə görə başqa şokolad da olar) su hamamında və ya mikrodalğalı sobada əridib, karamelin üzərinə töküb, hamarlayırıq. Bir neçə saat soyuducuda saxladıqdan sonra Twix tortunu süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN!

tvik

Метки записи:
Loading...
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий