Umac halvası

Порций:   Время приготовления: 2 saat

halvaAzərbaycan mətbəxinin ən çox sevilən şirniyyat növlərindən biri də halvadır. Halva bir sıra şərq ölkələrində hazırlanan ənənəvi təamdır. Bizdə isə əksər vaxt yas mərasımlərində bişirilib, qonaqlara təqdim edilir.  Unutmaq lazım deyil ki, halva da şirniyyatdır və istənilən vaxt bişirib, yemək olar. Zənnimcə halvanın ən ləzzətli növü umacla hazırlanandır. Umac halvasının hazırlanması bir az zəhmət tələb etsə də, nəticəsi möhtəşəm olur. Siz də, sınayın.

Umac halvasının təkibi:

Umac üçün
  • 4 stəkan un
  • 1 stəkan su
  • 1 çimdik duz
Şərbət üçün
  • 2 stəkan şəkər tozu
  • 1 x/q sarıkök
  • 1 stəkan su
Bişirmək üçün
  • 400 qr əridilmiş kərə yağı

Bişirilmə qaydası:

1. Un və duzu bir qabın içərisinə ələyib, üzərinə yavaş-yavaş su səpirik. Əlimizlə umac hazırlayırıq.  Umacı aşsüzəndən keçirib xırdalayaırıq.  Sonra ələkdən keçiririk ki,  umac halına gəlməmiş un kütləsi tökülsün. Hazırladığımız umacı təmiz dəsmalın üzərinə sərib, 30 dəqiqə ərzində qurumağını gözləyirik

2. Bu müddət ərzində şərbət hazırlayırıq. Şəkər tozu, su və sarıkökü qarışdırıb, 5 dəqiqə qaynadırıq. Şərbəti soyumağa qoyuruq. 

3. Tavaya yağı töküb, bir neçə dəqiqə isidirik, üzərinə umacı əlavə edib, durmadan taxta qaşıqla qarışdırırıq. Kütlə ağırlaşıb, tündləşəndə, aramla şərbəti də töküb, 5 dəqiqə də qarışdırıb, ocaqdan götürürük.

Halvaya zövgə görə xırda doğranmış qoz ləpəsi də səpə bilərsiniz. Umac halvası əsasən isti halda, çayla süfrəyə verilir. Həmçinin lavaşın arasına da qoyub, nuş edə bilərsiniz.


 UMACUMAC HALVASI

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий