Un qurabiyəsi

Порций:   Время приготовления:

 FB_IMG_1459682417300Qurabiyələr, çay süfrəsində və qəhvə kimi bir çox içkinin yanında təqdim edəcəyimiz ləzzətli şirniyyat növlərindən biridir. Hazırlanması asan olan və ağızda dağılan un qurabiyəsinin reseptini təqdim edirik. 

Tərkibi:

  • 350 qr un
  • 250 qr otaq istiliyində kərə yağı və ya marqarin
  • 6 xörək qaşığı nişasta
  • 1 paket vanil
  • 7 xörək qaşığı şəkər kirşanı

Hazırlanma qaydası:

Marqarin( və ya kərə yağı), vanil və şəkər kirşanı krem ​​qatılığına  gələnə qədər mikserlə qarışdırılır. Nişasta və un əlavə olunub yumuşaq xəmir yoğrulur. Xəmiri folqa kağızına büküb soyuducuda 30 dəqiqə saxlayın. Soyuducudan çıxardığınız xəmiri 4 hissəyə ayırıb qalın bir çubuq şəklində yuvarlayın.Bir çəngəl köməyi ilə xəmiri başdan sonacan çəkin, 5 sm. uzunluğunda bıçaqla kəsib yağlı kağız sərilmiş soba sinisinə düzün. Əvvəlcədən 150 dərəcə isidilmiş sobada  biraz rənginidəyişənədək  bişirin. Soyuyan qurabiyələrin üzərinə  şəkər kirşanı səpin.

Nuş olsun!


 FB_IMG_1459682427107FB_IMG_1459682417300

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий