Unsuz, ballı keks

Порций:   Время приготовления:

1516148_487134591478851_1377685298_nSon illər sağlam həyat tərzi mövzusu daha çox təbliğ olunur. Yediyimiz qidaların kalori dəyəri qədər sağlam və faydalı olmağı da böyük əhəmiyyət daşıyır. Bal və badam ilə dada gələn bu keksin əsas üstünlüyü hazırlanmasında un, yağ və şəkər tozundan istifadə edilməməsidir. Xüsusilə diabed xəstəsi olanlar və çay süfrəsi üçün yüngül  alternativ axtaranlar üçün olduqca uyğundur. 

Lazım olan ərzaqlar:

  • 1,5 stəkan qovrulmuş badam
  • 4 ədəd otaq temperaturunda yumurta (sarısı və ağı ayrılmış şəkildə) 
  • yarım stəkan bal
  • 1 paket vanil
  • 1 paket qabartma tozu
  • yarım çay qaşığı duz
Üzəri üçün:
  • 2 xorək qaşığı bal
  • yarım stəkan çəkilmiş badam

Hazırlanma qaydası:

  Əvvəlcə 1,5 stəkan qovrulmuş badamı blenderdən keçirdin. Ayrı bir qabda 4 ədəd yumurtanın sarısını, yarım stəkan balı, vanil, qabartma tozu və duzu mikserin köməyi ilə yaxşıca qarışana qədər çırpın. Ardından xırdalanmış badamı bura əlavə edin və  mikserlə qarışdırmağa davam edin. Ayırdığınız yumurta ağlarını digər qabda  təxminən 3 dəqiqə ərzində, mikserlə çırpın. Daha sonra köpürən yumurta ağlarını da kütləyə əlavə edin və taxta qaşıqla qarışdırın. Hazırlanan xəmiri əvvəlcədən yağlanmış ya da yağlı kağız qoyduğunuz keks qəlibinə tökün.Keksi əvvəlcədən 200 dərəcə qızdırılmış sobada təqribən 25 dəqiqə qəhvəyi  rəng alana qədər bişirin. Bişən keksinizi çıxardıb 10 dəqiqə soyudun və üzərini badamla bəzəyib,çay süfrəsinə təqdim edin.

Nuş olsun!

1171981_1750748001821546_55197086_n
 
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий