Unsuz kəsmikli piroq

Порций:   Время приготовления:
 Bu soyuq qış günlərində ən çox ehtiyacımız olan şey doyumlu və kalorili səhər yeməyidir. Çünki məhz bu zaman vücudumuz soyuğa tab gətirib, gün ərzində tox və gümrah qala bilər. Əziz izləyicilərimiz, Sizə  bütün bu şərtlərə cavab verən, tutumlu və faydalı Kəsmikli piroq resepti təqdim edirik. 
zap

Tərkibi:

  • 500 qr kəsmik
  • 50 qr kərə yağı və ya marqarin
  • 5 ədəd yumurta
  • 1 xörək qaşığı manna yarması
  • Kişmiş
  • zövqə görə bir limon qabığı
  • 100 qr şəkər tozu
  • 50 qr xama

Hazırlanması:

Öncə yumurtaların sarısını ağından ayırın və 50 qr şəkər tozu ilə mikserlə çırpın. Yumşaldılmış yağ, kişmiş, limon qabığı və manna yarması əlavə edib qarışdırın. Kəsmik əlavə edib mikserlə çırpmağa davam edin. Başqa bir qabda yumurta ağını da qalan şəkər tozu ilə mikserlə çalın. Kəsmikli kütləyə çalınmış yumurta ağını da əlavə edib taxta qaşıqla qarışdırın. Piroqu bişirəcəyiniz formanı yağlayın və manna yarması səpin. Xəmiri formaya töküb üzərinə xama yaxın və zövqə görə bəzək verin.

zap1

Öncədən 160 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.

zap

Nuş olsun!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий