Unsuz və mannasız yumşaq biskvit

Порций:   Время приготовления:

Bu ideal zərif  biskviti bişirmək üçün cəmi yarım saat vaxt sərf edəcəksiniz. Tərkibində un olmamasına baxmayaraq ağızda əriyən möcüzəli şirniyyatdır.

biskvit2

Tərkibi:

  •  500 qr kəsmik
  • 4 yumurta
  • 6 xörək qaşığı şəkər tozu
  • 2 xörək qaşığı 20 % yağlılığı xama
  • 2 xörək qaşığı nişasta
  • 10 qr vanil
  • Zövqə görə üzüm və ya meyvə qurusu

 Hazırlanması:

Öncə bir qabda xama, yumurta sarısı, şəkər tozu, nişasta və vanili mikserlə qarışdırın. Başqa bir qabda yumurta ağlarını çalın. Xamalı kütləni yumurta ağına qarışdırın. Zövqə görə üzüm və ya meyvə qurularını əlavə edin. Hazırladığınız kütləni yağlı kağız sərilmiş və kərə yağı yağlanmış formaya tökün. 180-200 dərəcə qızdırılmış sobada təxminən 30-40 dəqiqə bişirin. Zövqə görə moruq mürəbbəsi və qozla bəzəyin.

Nuş olsun!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий