Unsuz, yağsız, şəkərsiz dadlı Kiev tortu

Порций: 12 dilim   Время приготовления: 3 SAAT

kievskiy-tortArıqlamaq üçün olan pəhriz tortları haqda eşitmişdiniz? Bu növ şirniyyatlar sağlam həyat tərzinə üstünlük verənlər üçün bir tapıntıdır. Həmçinin, günün istənilən vaxtı, istədiyiniz qədər yeyə bilərsiniz.

Kiev tortunun tərkibi

Korjlar üçün:
  • 8 ədəd yumurtanın ağı
  • 2,5 stəkan yulaf yarması
  • 1 x/q qarğıdalı nişastası
  • 150 qr fındıq
  • 5 x/q fruktoza (meyvə şəkəri)
  • 1 çimdik limon duzu
Krem üçün:
  • 3 ədəd yumurtanın sarısı
  • 25 qr kakao
  • 1/2 stəkan süd
  • 1 ç/q qarğıdalı nişastası
  • zövqə görə fruktoza
  • 250 qr yumşaq pendir

Hazırlanma qaydası:

Öncə yulaf yarmasını kofexırdalayan maşında un halına gətiririk. Fındığı tavada 5 dəqiqə qızardıb, xırda doğrayırıq. Sonra yulaf unu ilə qarışdırırıq. Yumurtların ağınız üzərinə limon duzu töküb, mikserlə çalırıq. Kütlə bərkidikdən sonra üzərinə yavaş-yavaş fruktoza səpib, qarışdırmağa davam edirik.  Sonda kütlənin üzərinə yulaf unu və xırdalanmış fındıq qarışımı ilə qarğıdalı nişastası töküb, qarışdırırıq. Xəmiri iki hissəyə bölüb, soba sinisinə tökürük. Eyni vaxtda hər ikisini 150 dərəcə isidilmiş sobada 20 dəqiqə, sonra 120 dərəcəlik sobada 30 dəqiqə, sonda isə 90 dərəcədə 20 dəqiqə bişiririk.

Krem üçün öncə südü qaynadırıq. Yumurta sarısını mikserlə çalırıq, nişasta və fruktoza əlavə edib, yenidən qarışdırırıq. Südü yavaş-yavaş kütləyə əlavə edirik. Zəif odda qatılaşanadək bişiririk. Soyuduqdan sora, kremə yumşaq pendir və 1 qaşıq yulaf unu töküb, yaxşıca qarışdırırıq. Kremi iki hissəyə bölürük. Bir hissəyə kaka töküb, qarışdırırıq. Soyumuş korjların birinə ağ krem sürtürük. İkincini də üzərinə qoyub, kakaolu kremi tortun hər tərəfinə sürtürük. Tortun zövqə görə rəndələnmış tünd şokoladla və ya xırdalanmış fındıqla bəzəyib, 1 gecə soyuducuda saxlayırıq.

NUŞ OLSUN!


kievskiy-tort

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий