Ürək formalı makaronlar

Порций:   Время приготовления: 2 saat

makaronSon dövrlərin çox sevilən Makaron şirniyyatını hazırlayırıq. Makaron ilk dəfə Fransada hazırlanıb. Əsasən müxtəlif rəngli və dairə formasında bişirilir. Bizsə bugün ürək formalı makaronların hazırlanma qaydası ilə sizi tanış edəcəyik.

Makaronların tərkibi:

  • 60 qr yumurta ağı(otaq temperaturunda)
  • 65 qr şəkər tozu
  • 75 qr badam tozu
  • 55 qr şəkər pudrası
  • rəng gel
Kremi üçün
  • 6 stəkan şəkər pudrası
  • 2 stəkan kərə yağı (otaq temperaturunda)
  • 2 çay qaşığı vanil
  • 2-4 çay qaşığı çalınmış qaymaq(slivki)
  • yarım çay qaşığı darçın

Hazırlanma qaydası:

1. Bir qabda badam tozu və şəkər pudrasını qarışdırın. Yumurta ağını köpürənə kimi ayrı qabda çalın.Yavaş-yavaş şəkər tozunu əlavə edib çalmağa davam edin. Badam və şəkər pudrası qarışığını da əlavə edin. Rəng də vurub beze halına gətirin.

2. Hazır bezeni krem torbasına töküb ürək formalı soba qablarına düzün. Otaq temperaturunda bezelərin dinləndirib yayılmasını gözləyin. 140 C dərəcəli qızdırılmış sobada 10-20 dəqiqə bişirib 1 saat soyumağını gözləyin.

3. Kərə yağı, qaymaq, darçın, şəkər pudrası və vanili mikserlə çalıb, krem hazırlayın. 

4. Sonra hazır olan kremi bezelərin arasına sürtüb, soyuducuya qoyun. Bir saat sonra süfrəyə verin.

Nuş olsun!

ürəkürək formalı makaron

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий