Uşaqlarınız üçün faydalı və ləzzətli ev konfetləri

Порций: 20 ədəd konfet   Время приготовления: 15 dəqiqə

Şirniyyat sevməyən uşaq yoxdur. Balacalarınızı eləcə də şirniyyat sevən doğmalarınızı faydalı və olduqca dadlı ev konfetləri ilə sevindirin.

Ərzaqlar:

  • 5 ədəd ərik qurusu
  • 5 ədəd qoz ləpəsi
  • 1 ç/q bal
  • 1 x/q süd
  • 80 qr tünd şokolad
  • kakao və küncüt (bəzək üçün)
 

Hazırlanma qaydası:

Şokoladı kiçik hissələrə bölüb, süd də əlavə edib, yaxşıca qarışdırın. Ərik qurusunu 5 dəqiqə isti suda saxlayıb, salfetlə qurudun. Ərik qurusu və qoz ləpəsini xırda-xırda doğrayın. Balı və əridilmiş südlü şokoladı da əlavə edib, qarışdırın. Qarışımı biraz qatlıaşanadək soyudun. Soyumuş kütlədən əlinizlə qoz ölçüsündə toplar düzəldin. Topların yarısını küncütə, yarısını isə küncütə bulayın. Boşqaba düzüb, bir müddət soyuducuda gözlədtdikdən sonra, balacalarınızı eləcədə də şirniyyatı ən az balacalar qədər sevən doğmalarınızı faydalı kofetlərlə sevindirin.


 ev_konfeti1

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий