Uşaqlarınız üçün tam zərərsiz ev Şokoladı

Порций:   Время приготовления:

shokoladBütün valideynlər üçün hər şeydən öndə övladlarının sağlamlığı durur.  Keyfiyyətli qatqısız qida isə sağlamığın özülüdür. Balacalarınızı şirniyyatla sevindirmək istəyirsinizsə, mağazadan alınmış tərkibi bilinməyən şokoladlara pul xərcləməyin. Təmiz məhsullarla özünüz evdə hazırlayın.

Tərkibi:

  • 100 qr kakao
  • 50 ml qaymaq
  • 2 x/q şəkər kirşanı
  • 50 qr kərə yağı
  • vanil ( zövqə görə)
  • 5-6 ədəd fındıq ləpəsi (qoz,araxis və ya badam da olar)
 
 

Hazırlanması:

Qaymağı aşağı odda qaynatmadan,  qızdırıb, kənara çəkin. Vanil və şəkər kirşanını da əlavə edib, qarışdıraraq, əridin.  Hazır kütləyə kakao da töküb, su hamamında isidin. Bu müddətdə xırda doğranmış fındıq və ya kişmiş də əlavə edib, qarışdırın. Hazır şokoladı istədiyiniz formalara töküb, soyuducuya qoyun. Bərkidikdən sonra hazırladığınız şokoladın dadından zövq alın. Bu şokoladlarıhər kəsdən çox balacalarınız bu ləzzəti çox sevəcək. 

QEYD: Əziz valideynlər, təqdim etdiyimiz resept 1 yaşdan yuxarı və ən əsası kakaoya allergiyası olmayan uşaqlar üçün nəzərdə tutulub.

NUŞ OLSUN!


Ushaqlariniz_uchun_tam_zerersiz_ev_shokoladi

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий