Vafli

Порций:   Время приготовления:

vaflıƏminəm ki, bu ad çoxunuzu uşaqlıq illərinə aparacaq. 80-90- cı illərdə elektrovafli aparatı demek olar ki, her evdə var idi. Ləzzətli Vaflilər qonaqlıq süfrələrindən əskik olmazdı. Hətta çoxumuzun evində bu aparat hələ də durur.  Odur ki, elektrovaflilərin tozunu silib, dadına doyum olmayan bu şirniyyatı hazırlamağa tələsin.

Vaflinin tərkibi:

Xəmir üçün
  • 5 ədəd yumurta
  • 350-400 qr  un
  • 250 qr  kərə yağı
  • 200 qr  şəkər tozu
  • vanil
  • 1 çimdik duz
Krem üçün
  • bişmiş qatılaşdırılmış süd və ya zövqə görə istənilən krem

Hazırlanma qaydası:

Şəkər tozu ilə yumurtaları mikserlə çalırıq. Üzərinə duz və vanil səpirik. Yumuşaldımış kərə yağını əlavə edib qarışdırmağa davam edirik.  Unu da səpib xəmir hazırlayırıq. Elektrovafli adlanan sobanı öncədən yaxşıca isidirik. Sonra hazırladığımız xəmirdən bir neçə qaşıq bu sobaya töküb, kitab formasında bağlayırıq. Vafli qızılı rəngə çalanadək saxlayıb qızardırıq. Bıçaq vasitəsi ilə sobanın içindən  ayırıb, isti-isti rulet kimi bükürük. Qeyd etdiyimiz kimi, içərisinə zövqə görə krem qoyub, çay süfrəsinə təqdim etmək olar.

NUŞ OLSUN!

Resept üçün, Afaq xanıma minnətdarıq.


vaflı1vaflı

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий