Vaflili qrilyaj tortu

Порций:   Время приготовления:

Dadlı və tezbaşagələn Vaflili qrilyaj tortunu ev şəraitində hazırlamaq çox asandır.

Tərkibi:

  •  200 qr şəkər tozu
  • 200 qr kərə yağı
  • 200 qr bal(4 dolu xörək qaşığı)
  • 1,5 xörək qaşığı kakao
  • 250 qr xırda doğranmış qoz
  • 5 ədəd vafli korju

Hazırlanma qaydası:

Öncə bir qabda kərə yağı, şəkər tozu və balı qarışdırıb qaynama dərəcəsinə çatdırın.Qaynamağa başlayanda xırdalanmış qozu əlavə edib daha 7 dəqiqə qaynadın. Kakao əlavə edib, yenə 2 dəqiqə qaynadın. İsti qrilyajı vafli korjlarının arasına yaxıb üzərinə zövqə görə əridilmiş damla şokolad sürtün. Tortu 1 gecə saxlayıb, süfrəyə verə bilərsiniz. 

Nuş olsun!


qrilyaj1

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий