Venesiya tortu

Порций: 10 DİLİM   Время приготовления:

venesiya tortuƏziz sayt izləyicilərimiz, Şirniyyat bölməmizdə bir sıra tort növləri var. Bugün onların sırasına yeni resept də, əlavə edirik. Venesiya tortu...

Tortun tərkibi:

Biskvit üçün
  • 6 ədəd yumurta
  • 150 qr şəkər tozu
  • 1 çimdik vanil
  • 100 qr nişasta
  • 100 qr un
  • 1 çay qaşığı qabatma tozu
Krem üçün
  • 500-800 qr naringi
  • 100 qr şəkər tozu
  • 300 qram krem pendir
  • 600 ml qaymaq
  • 300 qr xama

Hazırlanma qaydası:

1. Öncə yumurtaların sarısını ağından ayırın. Yumurtaların ağına bir çimdik duz səpib, mikserlə çalın. Şəkər tozunun yarısını əlavə edib, həcmi artana qədər çalmağa davam edin.

2. Başqa  bir qabda yumurtaların sarısını qalan şəkər tozuyla çalın. Tədricən nişasta və çaldığınız yumurta ağını əlavə edin. Daha sonra unu az-az töküb qarışdırın.Odadavamlı formaya töküb öncədən 180 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin. Bişdikdən sonra  sobadan çıxarıb ən az 2 saat dinləndirin.

3. Qaymağı mikserlə çırpın. Ayrı bir qabda xama və şəkər tozunu həll olunanadək çalın. Krem pendir və qaymaq da əlavə edib hamısı birlikdə yaxşıca qarışdırın.

4. Soyuyan keksi səliqə ilə 3 hissəyə bölün. Alt qat keksin üstünə mandarinləri soyub, düzün və üzərinə krem çəkin.Bu şəkildə davam edərək 2-ci və 3-cü qatları da düzün. Tortu kakao və ya meyvə ilə bəzəyə bilərsiniz.

Nuş olsun!


korjkremvenesiya tortu

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий