Vineqred salatı

Порций:   Время приготовления: 60 dəq

vineqred salatıDoğranmış tərəvəzlərdən ibarət Vineqred salatının qədim tarixi var.  İlk dəfə Avropada hazırlanmış bu soyuq qəlyanaltı öz adını fransız dilində "vinaigre" (sirkə) sözündən götürüb. Çünki salatın tərkibinə bitki yağından əlavə sirkə də qatılır. Təbii ki, bu zövq məsələsidir.

Tərkibi:

  • 5 ədəd bişmiş çuğundur 
  • 3 ədəd bişmiş yerkökü
  • 3 ədəd bişmiş kartof
  • 3 ədəd turşu xiyar
  • 1 ovuc kələm turşusu
  • 1 ədəd qırmızı soğan
  • 100 qr konsrevləşdirilmiş qırmızı lobya
  • 1 dəstə cəfəri
  • yarım stəkan bitki yağı
  • 1 x/q sirkə (zövqə görə)
  • duz, istiot

Hazırlanma qaydası:

Bişmiş tərəvəzləri orta ölçüdə doğrayıb, salatı hazırlayacağımız qaba əlavə edirik. Üzərinə eyni ölçüdə doğranmış xiyar və kələm turşusunu da tökürük. Xırda-xırda doğranmış cəfəri və soğanı da qarışıma əlavə edirik. Konservləşdirilmiş qırmızı lobya və yağı töküb, duz, istiot səpib qarışdırırıq. İstəsəniz sirkə də qata bilərsiniz. Bu soyuq qəlyanaltı bir neçə saat gözlədildikdən sonra yeyilməlidir ki, tərkibindəki ərzaqların dadı bir-birinə keçsin. Həmçinin Vineqred olduqca faydalıdır.

NUŞ OLSUN!


vineqred salatı

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий