Xamalı kremlə ballı tort

Порций: 8 -12   Время приготовления: 80 deq


Balli TortBallı tortun xamalı kremlə olan resepti ilə tanış olun.

 Tərkibi:

  • 100 qr bal
  • 200 qr şəkər tozu
  • 50 qr kərə yağı
  • 400 qr un
  • 2 ədəd yumurta
  • 20 ml su
  • 1 çay qaşığı soda
  • 1 çimdik duz
Krem üçün:
  • 650 qr xama (15-20%-lik )
  • 150 qr şəkər tozu
  • 125 qr kərə yağı

Hazırlanması:

Kremin hazırlanması: Xamaya şəkər tozu əlavə edib qarışdırın. Sonra su hamamında şəkər tozu əriyənə qədər ara-sıra qarışdıraraq, 1 saat ərzində bişirin. Qarışımı su hamamından götürdükdən sonra, kərə yağını əlavə edib, otaq temperaturunda soyumasını gözləyin.
 
Biskvitin hazırlanması: Balı ocaqda əritdikdən sonra üzərinə sodanı ələkdən keçirərək əlavə edib qarışdırın(bal təbii olmalıdır). Şəkər tozu və duzu səpib, qarışdırmağa davam edin. Suyu da tökün. Sonra qarışımı ocağa qoyub rəngi tündləşənədək qarışdırın. Kərə yağını əlavə edib qarışdırmağa davam edin. və ocaqdan götürün. 10-15 dəqiqə gözlədin. İlıq olduqdan sonra, yumurtanı töküb, mikserlə çalın. Unu əlavə edib, yumşaq xəmir alınanadək qarışdırın. Xəmiri 8 bərabər hissəyə bölün. Yağlı kağız üzərində kündələri yayın. Bişirəcəyiniz soba qabını yuxanın üstünə qoyub  kənarlarını səliqə ilə qabın ölçüsündə kəsin. Kəsdiyiniz qalıqları atmayın. Yuxalar bişdikdən sonra onları da bişirib, ovuntu halına gətirib, tortun üzərinə səpəcəksiniz. Yuxaların üzərində çəngəllə dəliklər açıb, əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bir-bir bişirin. Bişmiş yuxaları kremləyərək, üst-üstə qoyun. Tortun üstünü və kənarlarını kremlədikdən sonra ovuntunu hər tərəfinə səpin. Xamalı kremlə ballı tortu 1 saat soyuducuda gözlətdikdən sonra, çay süfrəsinə təqdim edə bilərsiniz.
Nuş olsun!

13118064_1315747448441138_1729163266_n
 
 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий