Xəmiri cəmi 3 dəqiqəyə hazırlanan qaymaqlı keks

Порций:   Время приготовления:

Bu keksin xəmirini hazırlayıb, sobaya qoymağa cəmi 3 dəqiqəniz gedəcək. 

KEKS

Tərkibi:

  • 200 ml qaymaq (10-20%)
  • 2 yumurta
  • 5 xörək qaşığı un
  • 3 xörək qaşığı şəkər tozu
  • 1/4 çay qaşığı qabartma tozu
  • 1 paket vanil

Hazırlanması:

Qaymaq, vanil və şəkər tozunu 15-20 saniyə mikserlə çırpın. Yumurtaları ayrı qabda mikserlə çalıb, kütləyə lavə edin. Qabartma tozu və un töküb yaxşıca qarışdırın. Keks qablarına xəmiri bölüşdürün(yarımçıq). 190 dərəcə qızdırılmış sobada təxminən yarım saat bişirin. 3 dəqiqəyə hazırladığınız qaymaqlı keks hazırdır!

KEKS

NUŞ OLSUN!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий