Xəngəl

Порций:   Время приготовления: 4 saat

13150108_544114389101013_1037991044_nİstənilən fəsildə ləzzətlə yeyilən Xəngəl reseptimizlə tanış olun.

Tərkibi:

Xəngəl üçün:
  • 4 stəkan un
  • 1 ədəd yumurta
  • 1 ç/q duz
  • su
Qiymə üçün
  • 500 qr quzu əti
  •  yağ
  • duz, istiot sarıkök
Soğança üçün:
  • 4 ədəd soğan
  • 1 çimdik duz
  • ərinmiş kərə yağı
Üzərinə çəkmək üçün
  • 100 qr əridilmiş kərə yağı
  • zövqə görə sarımsaqlı və ya sadə qatıq

Hazırlanması:

Xəmir yoğrulub, bərabər ölçülü kündələrə ayrılır. Kündələr unlanıb, oxlovla açılır, dördkünc şəkildə kəsilir ve quruması üçün geniş bir dəsmal və ya süfrənin üzərinə sərilir.

Xəngəl yarpaqları quruyan müddətdə qiymə qızardılır. Ət ətçəkən maşından keçirilib, üzərinə su əlavə edilib, bişirilir. Suyu quruyana yaxın, duz, istiot, yağ və sarıkök səpilib, qızardılır.

Soğanlar da, qabığından təmizlənib, aypara şəkilində doğranır. Bol kərə yağında üzərinə duz və sarıkök  səpilərək qızardılır.

Xəngəl yarpaqları yavaş-yavaş qaynadılmış duzlu suya tökülüb, bişirilir. Zövqə görə suya 1 xörək qaşığı bitki yağı əlavə etmək olar. Yarpaqların bir-birinə yapışmaması üçün, arabir qarışdırıb, yumşalanadək bisirilir.  Sonra süzülüb geniş siniyə düzülür.Uzərinə zövqə görə ərinmiş yağ səpilir.

Xəngəl qızardılmış qiymə, qovrulmuş soğan ilə süfrəyə verilir. Yeyərkən üzərinə qatıq əlavə etməyi unutmayın.

NUŞ OLSUN!


13150108_544114389101013_1037991044_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий