Xoruz ilini Xoruz salatı ilə qarşılayaq

Порций:   Время приготовления:

Yəqin, çoxunuz bilirsiniz ki, üzümüzə gələn 2017-ci il Xoruz ili olacaq. Sizin üçün çox dadlı Xoruz salatı reseptini təqdim edirik ki, bayram öncəsi axtarışda zəhmət çəkməyəsiniz. 

xoruz

Tərkibi:

  • 300 qr dana əti
  • 1-2 baş soğan
  • 2 ədəd kartof
  • 200 qr göbələk konservası
  • 2 ədəd yumurta
  • 200 qr mayonez
  • 2 ç/q sirkə
  • 1 ç/q şəkər tozu
  • duz, istiot
Bəzəmək üçün:
  • bolqar bibəri, pomidor

Hazırlanması:

Əvvəlcə dana ətini duzlu suda qaynadıb, istədiyiniz ədviyyatları əlavə edin. Bişdikdən sonra, soyudub, əlinizlə didin. Dana ətini toyuğun döş əti ilə də, əvəzləmək olar. Sonra soğan üçün marinad hazırlayın. Sirkəni (üzüm və ya alma sirkəsi) şəkər tozu və yarım ç/q duzla qarışdırıb, üzərinə 150 qr qaynanmış su tökün. Soğanı yarımhalqa doğrayıb, marinadın içinə tökün. 30 dəqiqə saxlayın. Kartof və yumurtanı qaynadıb, təmizlədikdən sonra sürtgəcdən keçirdin. Göbələkləri incə-incə doğrayın. Salatı bu ardıcıllıqla qaba düzün və hər qatdan sonra mayonezləyin:  ət-marinə edilmiş soğan- kartof- göbələk- yumurta. Üst qatdan sonra mayonez sürtməyin.  Şəkildə gördüyünüz kimi bibər, pomidorun köməyilə dimdik, qanad və quyruğunu düzəldin. 

Bu qədər sadə və zövqlü.

NUŞ OLSUN!

xoruz

 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий