Yağlı qırmızı bibər turşusu

Порций:   Время приготовления:

pepper2_0Yağlı qırmızı bibər turşusu reseptimizlə tanış olun.

Tərkibi:

  • 1 kq qırmızı bibər
  • 3-4 ədəd acı qırmızı bibər
  • 1 stəkan sirkə
  • 1 stəkan duru yağ
  • 1,5 xörək qaşığı qaya duzu
  • 4-5 diş sarımsaq
  • 4-5 budaq cəfəri
  • Su
  • Uzun müddət ərimədən qalmağını istəyirsinizsə, yarım çay qaşığı salisil turşusu və ya yarım aspirin.

Hazırlanması:

 Sarımsaqları soyub bir neçə parçaya bölün. Qırmızı bibərləri kiçik-kiçik doğrayın. Cəfərini də doğrayıb qarışdırın. Qaba doldurun. Üzərinə sirkə, yağ və duzu əlavə edin. 1 stəkan içməli suyun içində salisil turşusu və ya aspirini əridin və qaba əlavə edin. Qalan boşluğu da, su ilə doldurun. Qabın qapağını bağlayıb çalxalayın. Bu əməliyyatı turşunu qoyduğunuz gün 3-4 dəfə təkrarlayın. Bir neçə gün ərzində gündə 1 dəfə silkələyin ki, yağ və sirkə bibərə yaxşıca qarışsın. Bu turşunu istəsəniz ertəsi gün yeyə bilərsiniz, ancaq saxladıqca daha dadlı olur. Qırmızı bibər turşusunu sərin yerdə saxlayın.

NUŞ OLSUN!

13652829_917512891728273_1912038151_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий