Yarpaq dolmasının Qarabağ bölgəsində müxtəlif hazırlanma qaydaları

Порций:   Время приготовления:

yarpaq dolmasıQarabağ zonamıza daxil olan rayonların bəzi yerlərində yarpaq dolmasına dən dolmada deyilir ve fərqli bişirilir. Xocalıda yarpaq dolmasına darçın əlavə olunur. Xocalıda çəkilmiş ətə bəzən isladılmış noxud ləpəsi də qatılır. Ağdamda yarpaq dolmasına sarıkök, keşniş, nanə əlavə olunur. Xocavənddə dolmaya şüyüd əlavə olunur. Qubadlıda yarpaq dolmasına maş əlavə olunur. Bir çox bölgələrimizdə Yarpaq dolmasının hazırlanma qaydalarını təqdim edirik.

Lazımi ərzaqlar:

Bərdə

Yarpaq dolması

Tərkibi:
  • Ət – 1 kq
  • Düyü – 1 stəkan
  • Keşniş, şüyüd, nanə,
  • Duz, istiot
  • Yarpaq – 200 qr

Füzuli

Yarpaq dolması

Tərkibi:
  • Qoyun əti – 1 kq.
  • Düyü – 50 qr.
  • Şüyüd – 50 qr.
  • Keşniş – 50 qr.
  • Nanə yarpağı – 20 qr.
  • Soğan – 300 qr.
  • Üzüm yarpağı – 500 qr.
  • Duz, istiot
  • Su – 300 qr.
  • Qatıq – 300 qr.

Qubadlı

Dən dolma (yarpaq dolması)

Tərkibi:
  • Ət – 1 kq
  • Maş – 200 qr.
  •  Şüyüd – 2 dəstə
  • Göy soğan – 2 dəstə
  • Keşniş – 1 dəstə
  • Düyü – 200 qr. (yumru)
  •  Yağ – 200 qr.
  • Duz – 20 qr.
  • Sarıkök, istiot
  • Üzüm yarpağı – 300 qr.

Ağdam

Dolma (tənək dolması)

Тərkibi:
  • Qoyun əti – 160 qr.
  • Tənək yarpağı – 50 qr.
  • Yumru düyü – 50 qr.
  • Soğan – 20 qr.
  • Keşniş – 500 qr.
  • Nanə – 100 qr.
  • Duz İstiot Sarıkök

Cəbrayıl

Yarpaq dolması

Tərkibi:
  • Soğan – 100 qr.
  • Qoyun əti – 250 qr.
  • Yumru düyü – 200 qr.
  • Yağ (duru) – 60 qr.
  • Kərə yağı – 150 qr.
  • Tomat – 40 qr.
  • Duz, qara bibər
  • Bükmək üçün üzüm yarpağı

Xocalı

Yarpaq dolması

Tərkibi:
  • Qoyun əti – 2 kq.
  • Yumru düyü – 180 qr.
  • Soğan – 200 qr.
  • Keşniş – 90 qr.
  • Şüyüd – 90 qr.
  • Nanə – 90 qr.
  • Tənək yarpağı – 240 qr.
  • Qatıq – 180 qr.
  • Ərinmiş yağ – 60 qr.
  • Duz, istiot, darçın.

Hazırlanma qaydası:

Bərdə

Ət ətçəkən maşından keçirilir, duz, istiot, göyərti, düyü, yağ əlavə edilir. Duzlu yarpağı isə əvvəlcə soyuq, sonra qaynar suda yuyulur. Ətlər yarpağa bükülərək qazana yığılır. Susuz 5-6 dəqiqə vam oda qoyulur, sonra su əlavə edilir. Üzərinə boşqab qoyulur ki, qaynayanda açılmasın. Əvvəlcə güclü, sonra isə zəif odda bişirilir ki, yağa düşsün.

Füzuli

Yağlı qoyun əti ət maşınında çəkilir, düyü, şüyüd, keşniş, nanə yarpağı, soğan, istiot əlavə olunur. Qarışdırılır üzüm yarpağına bükülür. Sonra üzərinə su əlavə olunur və 40-50 dəqiqə bişirilir. Stola verilərkən yanında sarımsaq qarışdırılmış qatıq olsa daha ləzzətli olur.

Qubadlı

Əvvəlcə  maş qaynadır və ət maşınından keçiririk. Sonra yuxarıda sadalanan göyərtilər və soğan xırda-xırda doğranaraq bütün lazımi ərzaqlarla yaxşı-yaxşı qarışdırılır. Sonra həmin qarışıq suda azca pörtlədilmiş yarpaqlara bükülərək qazana yığılır. Üstünə çıxana qədər su əlavə edərək vam odun üzərində bişirilir. Bişənə ya xın üzərinə bir qədər yağ əridilib əlavə edilir. 5-10 dəqiqədən sonra yemək hazırdır. Süfrəyə sadə qatıqla, yaxud sarımsaqlı qatıqla verilir.

Ağdam

Çəkilmiş ət düyü, soğan, nanə, keşniş, duz, istiot, sarıkök əlavə olaraq qarışdırılır. Yüyürmüş tənək yarpaqları isti suda pörtlədilir. İçinə ət qoyularaq bükülür və qazana yığılır, üstünə az miqdarda sarıkök səpilir, üzərinə su əlavə olunur, 1-1,5 saat ərzində bişirilir.

Cəbrayıl

 Yarpaqları əvvəlcə 3-5 dəqiqə qaynar suda yuyuruq. Təzə yarpaqdırsa bunu bir az qaynatsaq daha yaxşı olar. Soğanı ət maşınında çəkin. Buna imkan yoxdursa xırda-xırda doğrayın və ya rəndənin xırda gözündən keçirin. Yuyulmuş düyünü, soğanı, tomatı, duru yağı, duz, istiotu birlikdə qarışdırırıq. Sonra xırda-xırda dolmaları bükərək və qazana düzürük.

Xocalı

Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşınından keçirilir. Qiyməyə düyü, xırda doğranılmış göyərti duz, istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır. Təzə üzüm yarpağı qaynar suda pörtlədilir. Duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 25 qr qiymə bükülüb qazana yığılır. Üzərinə su tökülüb hazir olana kimi (bir saat) bişirilir. Süfrəyə verildikdə ayrıca qabda qatıq qoyulur.

tənək dolması

yarpaq dolmasi 2

Mənbə: Tahir Əmiraslanovun "Qarabağ mətbəxi" kitabı

Fotoşəkillər üçün Liza Əliyevaya minnətdarıq.

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий