Yemək bişirməyə vaxtı olmayanlar üçün Pendirli Fransız bulkaları

Порций:   Время приготовления: 10 dəqiqə

Təqdim etdiyimiz resept mətbəxdə yemək bişirməyə vaxtı olmayanların işinə yarayacaq. Tutumlu və vitaminli  pendirli kürəcikləri bişirməyə cəmi 10 dəqiqə vaxt sərf edəcəksiniz.

Ərzaqlar:

  • 4 ədəd yumurta ağı
  • 200 qr ağ pendir
  • 3 x/q un
  • qızartmaq üçün bitki yağı
  • 1 ovuc doğranmış cəfəri
  • duz,istiot

Hazırlanması:

Yumurtaların ağını çırpıcı ilə qarışdıraraq, pendiri rəndələyib, üzərinə tökürük. Hazır kütləni duz və istiotlayırıq. Əlimizlə kürəciklər düzəldib, una batırırıq. Bol yağ tökülmüş, qızdırılmış tavada hərtərəfli qızardırıq. Qızarmış kürələrin üzərinə cəfəri səpib, süfrəyə veririk.

NUŞ OLSUN!


pendirli_bulka

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий