Yeni il salatı

Порций: 6 nəfərlik   Время приготовления: 2 saat

Əziz dostlar, artıq yeni ilə sayılı günlər qalır. Əminəm ki, bayram süfrəniz üçün müxtəlif maraqlı salatlar axtarışındasınız. 2016- cı il meymun ili olduğu üçün sizə meymun formasında bəzədilmiş salat təqdim edirəm və yenə də nəzərinizə çatdırıram ki, bu bəzəyi istənilən salatın üzərində edə bilərsiniz.

FB_IMG_1451077240212

İstifadə etdiyim ərzaqlar:

  • 3 ədəd kartof
  • 6 ədəd kök
  • 1 toyuğun döş əti
  • 100 qr qara gavalı qurusu
  • 2 ədəd alma
  • 100 qr qara zeytun
  • Duz, istiot, mayonez

Hazırlanma prosesi:

Kartof və kök bişirilib, təmizlənir. Toyuq əti də qaynadılıb, xırda hissələrə didilir. Öncə kartof, sonra 4 ədəd kök, sürtgəcdən keçirib üzərinə duz, istiot, mayonez səpilir, daha sonra xırda doğranmış gavalı qurusu və toyuq əti də əlavə edilib eyni qaydada mayonezlənir. Salatın hər iki kənarında qulaq hissəsi yaratmağı unutmuruq. Üzərinə alma( yumurta sarısı da olar) və kökü bu formada sürtgəcdən keçiririk.

yeni il salatiDaha sonra zeytunlardan göz, burun, ağız və yerkökünün kənarlarını hazırlayırıq. Burada artıq zəngin fantaziyanız köməyinizə çatacaq. Bu qədər, salat hazırdır. Əziz kulinarlar, saytımız adından qarşıdan gələn yeni ilinizi və həmrəylik gününüzü təbrik edir, 2016-ci ildə sizə sağlam və ruzili həyat arzu edirik.

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий