Yeni il salatı

Порций:   Время приготовления: 60 dəq

Əziz sayt istifadəçilərimiz, qarşıdan yeni il gəlir. Bacarıqlı kulinarlarımız bu bayramda da doğmalarını və qonaqlarını ləziz təamlarla sevindirməyə çalışacaqlar. Yeməyin dadı qədər görünüşü də böyük önəm daşıyır. Fantaziyamızı işə salıb, yeni il üçün müxtəlif və maraqlı bəzəklərdə salatlar hazırlaya bilərik. Bu cür bəzəklər ən çox evinizin kiçik üzvlərini sevindirəcək. Keçək yeni il salatının hazırlanmasına.

Bunun üçün bizə lazımdır:

 
  • 4 ədəd çuğundur
  • 1 ədəd qırmızı soğan
  • 4 ədəd yerkökü
  • 2 ədəd yumurta
  • 100 qr bişmiş dana əti
  • 1 qaşıq sirkə
  • 1 banka konservləşdirilmiş qarğıdalı
  • 1 banka mayonez
  • Duz istiot

Dekor üçün Goyərti,qirmizi, sarı bibər, apelsin qabığı (istədiyiniz ərzaqları istifadə edə bilərsiniz).

 

Öncə çuğundur, yekökü və yumurtanı bişirib, təmizləyirik. Əti də qaynadıb sonra xırda hissələrə ayırırıq. Soğanı yarımhalqa formada doğrayıb, üzərinə sirkə töküb, qoxusunu öldürürük.

Ərzaqları növbə ilə sürtgəcdən keçirib, üzərinə duz, istiot və mayonez səpirik. Mən salata şam ağacı formasın verdim. Ən sonda əti və soğanı da əlavə edib mayonezlə salatın hər tərəfini örtürük. Üzərinə xırda doğranmış göyərtini səpirik. Sürtgəcin xırda gözündən yumurtanın ağını keçirib qar effekti yarada bilərsiniz. Bibərlərdən və apelsin qabığından bıçaqla kiçik dairəcikər kəsib, şam ağacı bəzəklərini təmin edə bilərsiniz. Rəqəm və hərfləri yazmaq üçün isə konservləşdirilmiş qarğıdalı gözəl üsuldur. Bu qədər...

Siz də bizimlə bayram süfrənizi bəzəyən xörəklər, salatlar və şirniyyatları paylaşa bilərsiniz.

yeni il salat

Метки записи:
Комментарии к записи "Yeni il salatı"
Перейти к форме комментирования
  1. Maraqlı ideyadır.

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий