Yerkökü piroqu

Порций: 8 nəfərlik   Время приготовления: 1 saat

kök piroquBu tərəvəzin adını şirniyyatla bir arada görüb bəlkə də, təəccüblənəcəksiniz. Lakin hazırladıqdan sonra fikirinizi tamamilə dəyişəcəksiniz. Əgər evinizdəki balacalar yerkökünü digər xörəklərdə yeməkdən imtina edirlərsə, onlar belə, bu piroqu mütləq sevəcəklər. Yerkökü piroqunun hazırlanma qaydası olduqca sadədir.  

Piroqu hazırlamaq üçün lazım olan ərzaqlar:

  • 2 ədəd kök
  • 100 qr yumuşaldılmış kərə yağı
  • 200 qr şəkər tozu
  • 200 ml xama
  • 3 ədəd yumurta
  • 1 çimdik darçın
  • 1 paket qabartma tozu
  • 300 qr un
  • 1 x/q bal

Hazırlanma qaydası:

Öncədən qeyd edim ki, istifadə edəcəyiniz bütün ərzaqlar otaq şəraitində olmalıdır. Məhz bu zaman sobaya qoyduğunuz xəmir bişərkən istədiyiniz kimi qalxacaq.  Yumuşaldılmış yağı mikserlə 5 dəqiqə qarışdırıb, üzərinə şəkər tozunu səpirik. 5 dəqiqə də mikserlə çalıb, növbə ilə yumurtaları qarışıma əlavə edirik. Mikseri saxlamadan sürtgəcin xırda gözündən keçirdiyimiz yerkökünü, və balı  da tökürük. Üzərinə növbə ilə xamanı, ələnmiş unu, qabartma tozu və darçını da əlavə edib, qarışdırmağa davam edirik. Xəmir nə çox yumuşaq nə də sərt olmalıdır. Xəmiri tökəcəyimiz soba qabının içərisini yağlayırıq ki, piroq yapışmasın. Öncədən qızdırılmış sobada 180 dərərcədə 30 dəqiqə bişiririk. Yerkökü piroqunu isti və soyuq halda çay eləcə də qəhvə ilə süfrəyə verə bilərsiniz. NUŞ OLSUN! kök piroqu

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий