Yerkökü və banan çipsləri

Порций:   Время приготовления:

nochpisElə bilirsiniz çips tək kartofdan hazırlanıb, satılan zərərli ərzağın adıdır? Yanılırsınız. Ev şəraitində tam zərərsiz banan və yerkökü çipsi hazırlayıb, uşaqlarınıza yedirə bilərsiniz.

Tərkibi:

Yerkökü çipsi
  • yerkökü
  • zeytun yağı
  • zövqə görə ədviyyatlar
Banan çipsi
  • 3 ədəd banan
  • bir boşqab limon suyu

Hazırlanması:

Yerkökü çipsi

Yerkökünü təmizıləyib, soyun. İncə-incə halqalar kəsin. Sobanı 180 dərəcədə nizamlayıb qızdırın. Bir dərin qaba yerkökünü tökün, zövqə görə duz, zeytun yağı və istədiyiniz ədviyyatlarla qarışdırın. Yağlı kağız sərilmiş siniyə aralıqlarla düzüb daim nəzarət edərək bişirin.

yerkokuc

Banan çipsi

Öncə sobanı 150 dərəcəyə nizamlayın. Bananları soyun və incə-incə çips qalınlığında doğrayın. Banan dilimlərini bir boşqab limonlu suya batırın. Artıq limon suyu bananların bişərkən qaralmasına səbəb olur. Yağlanmış və ya yağlı kağız sərilmiş soba sinisinə banan dilimlərini aralıqlarla yerləşdirin. Banan dilimləri çips quruluğuna çatana qədər 1 - 2 saat arası bişirin. Bişən banan çipslərini sobadan götürmədən soyudun. Hava keçirməyən bir qabda banan çipslərinizi 2 həftəyə qədər saxlaya bilərsiniz.

banan

NUŞOLSUN!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий