Yoqurtlu yay deserti

Порций:   Время приготовления:
1465813962__gw7ajku8q8Əziz dostlar, yay mövsümündə doğmalarınızı dadlı şirniyyatla sevindirmək istəyirsiniz? Lakin tort bişirməyə yetərincə zamanınız yoxdur? Təqdim etdiyimiz  həm tez başagələn, həm də sərinləşdirici Yoqurtlu desert reseptinı sınayıb, məmnun qalın. Bu şirniyyat pəhrizdə olanlar üçün də əlverişlidir.

 

Tərkibi:

  • 500 qr yoqurt ( müxtəlif yoqurtların qarışımı da olar)
  • 25 qr jelatin
  • 4 x/q şəkər tozu( yoqurt şirindirsə az da istifadə etmək olar)
  • mövsüm meyvə və giləmeyvələri

Hazırlanması:

Jelatin kristallarının üstünə isti su töküb, əriməsini gözləyin.  Yoqurtun üzərinə şəkər tozu səpib, mikserlə yaxşıca çaıln. Mövsüm meyvə və ya giləmeyvələrini yuyub, təmizləyin. Ehtiyac olarsa doğrayın. Jelatinli kütləni yogurtun üzərinə töküb, yenidən mikserlə qarışdırın. Doğranmış meyvə və ya giləmeyvələri də ehtiyyatla yogurta əlavə edin. Şüşə və ya plastik formanın içərisinə folqa döşəyin, üzərinə əldə etdiyiniz deserti tökün. 3 saat soyuducuda saxlayın. Artıq hazır tortun üstünü meyvə dilimləri ilə bəzəyib, süfrəyə verin.

QEYD: Əziz kulinarlar,  Yoqurtlu desertin hazırlanmasında yoqurt əvəzinə xama da istifadə edə bilərsiniz. Lakin desertiniz artıq azkalorili olmayacaq.


1465813962__gw7ajku8q8
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий