Yulaflı,narlı və şokoladlı bişməyən desert

Порций:   Время приготовления: 2 saat

narSoyuq qış fəslinin son ayını yaşayırıq. Ümumiyyətlə fəsillərdən asılı olmayaraq, faydalı qidalara üstünlük verməliyik.  Bu baxımdan yulaf əvəzedilməz qida məhsuludur. Yulaf soyuq havada daha çox üşüyənlər, xəstəliyə qarşı həssas olan azyaşlılar, yeniyetmələr, idmançılar üçün zəngin enerji qaynağıdır. Bir sözlə, çox dərdin dərmanıdır. Protein, lif, mineral duzlar, vitaminlərlə zəngin olan bu məhsul həm də orqanizmdəki zəhərli maddələrin xaric edilməsinə köməklik göstərir. Əziz kulinarlar, bütün bunları nəzərə alaraq, bədənimiz üçün olduqca xeyirli  yulaflı, narlı və şokoladlı bişməyən deserti sizinlə bölüşürük.

 

Desertin tərkibi:

  • 190 qram yulaflı peçenye
  • 90 qram əridilmiş yağ
  • 200 qram tünd şokolad
  • 150 ml qaymaq
  • ½ stəkan nar dənələri

Hazırlanma qaydası:

1. Yulaflı peçenyeni blenderdə əzirik və ərinmiş yağ əlavə edib yaxşıca qarışdırırıq.

2 . Qarışığı yağlanmış piroq tavasına səliqə ilə yayırıq.

3. 1 saat soyuducuda saxlayırıq.

4. Şokoladı su hamamında əridirik. Üzərinə qarışdıraraq qaymaq əlavə edirik. Otaq temperaturuna gəldikdə, piroq tavasına yayılmış qarışımın üstünə töküb, üzərinə də nar dənələri səpirik 3 saat soyuducuda saxladıqdan sonra, süfrəyə veririk. Bu desert soyuq halda yeyilir.

NUŞ OLSUN!


YULAFdesert

 

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий